Oğrular Sumqayıt-Bakı qatarının hərəkətində problemlər yaratdı - RƏSMİ

Oğrular Sumqayıt-Bakı qatarının hərəkətində problemlər yaratdı - RƏSMİ Bakı-Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının hərəkətində ləngimələr qeydə alınıb.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova BizimBaki.org -a bildirib.

Bu gün səhər saatlarında Baş Sumqayıt - 6-cı blok/post mənzilinin 50-ci kilometrində kontakt şöbəsində kontakt naqillərinin kənar şəxslər tərəfindən oğurluq hadisəsi baş verib.

Hadisə nəticəsində Bak-Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının hərəkətində 6-31 dəqiqə arası ləngimə qeydə alınır.

Hazırda elektrik qatarları cədvəl üzrə hərəkət edirlər.

Hadisə aidiyyəti üzrə araşdırılır.

Oxşar xəbərlər