Vilayət Eyvazov polkovniki işdən çıxardı - Yeni təyinat

Vilayət Eyvazov polkovniki işdən çıxardı - Yeni təyinat

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.
BizimBaki.org Oxu.az-a istinadən məlumat verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin Qərb Regional şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Vahid Cəfərov sərəncama götürülüb.
Nazirin digər əmri ilə Şəmkir Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin rəisi, polis mayoru Anar Hüseynov vəzifəsindən azad edilib.
O, DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin Qərb Regional şöbəsinə rəis müavini təyin olunub.



Oxşar xəbərlər