Azərbaycanda onlara pensiya veriləcək

Azərbaycanda onlara pensiya veriləcək

Azərbaycanda donorluqla əlaqədar əlil olan şəxslərə pensiya veriləcək.
BizimBaki.org xəbər verir ki, bu barədə "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində qeyd edilib.
Qanun layihəsində qeyd edilib ki, şəxs donorluqla əlaqədar əlil olarsa, əmək stajından və pensiya kapitalının məbləğindən asılı olmayaraq pensiya almaq hüququ əldə etmək hüququ var.
Qeyd edək ki, sənəd Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb və plenar iclasa tövsiyə olunub.

 

Oxşar xəbərlər