Üstünə traktor aşan 15 yaşlı oğlan öldü

Üstünə traktor aşan 15 yaşlı oğlan öldü

Bərdədə 15 yaşlı yeniyetmənin üzərinə traktor aşıb. Yeniyetmə aşan traktor altında qalaraq ölüb. 

BizimBaki.org  xəbər verir ki, hadisə rayonun Yeni Daşkənd kəndi ərazisində qeydə alınıb. 

Kənd sakini 15 yaşlı Məmmədzadə Elnur Siyavuş oğlu otlaq sahədə işləyən zaman  traktor onun üzərinə aşıb. E.Məmmədzadə yaxınlarının köməkliyi ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılarkən  yolda dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır.


Oxşar xəbərlər