Ucarda 13 yaşlı əlildən rüşvət istənilir

Ucarda 13 yaşlı əlildən rüşvət istənilir

Ucarın Qarabörk kənd sakini, 2007-ci il təvəllüdlü Salmanov Zaur Bülbül oğlunu at vurması nəticəsində alın nahiyəsi sınıb, ağır kəllə beyin travması alıb.
BizimBaki.org-un əldə etdiyi xəbərə görə, Z.Salmanov iki dəfə cərrahiyyə əməliyyatı olunub və beyninə qoruyucu metal qoyulub.
2019-cu ilin oktyabr ayında əlillik verilməsi üçün sənədləri Ucar rayon xəstəxanasına təqdim edilib. Lakin tələb olunan rüşvəti verə bilmədikləri üçün indiyə qədər sənədlər xəstəxanada saxlanıb, əllilik dərəcəsi ala bilmir.


Oxşar xəbərlər