Bəxtiyar Məmmədov: “Qatarların salonları 15 faiz genişləndirilib” - FOTO

Bəxtiyar Məmmədov: “Qatarların salonları 15 faiz genişləndirilib” - FOTO

"Hazırda metropoliten xətlərində ən müasir tipli vaqonlardan ibarət 13 qatar hərəkət edir”.

Bu barədə BizimBaki.org -a "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, "Bakı Metropoliteni”nin lokomotiv təsərrüfatında vaqon parkının yenilənməsinə 2015-ci ildən başlanılıb:

"2019-cu ilin oktyabrında "Transmaşholdinq”lə bağlanmış müqaviləyə uyğun olaraq, "Metrovaqonmaş” Bakı metrosu üçün növbəti iki il ərzində də, hər il 20 vaqon olmaqla, ümumilikdə, səkkiz qatar tərkibini formalaşdıran 40 vaqon istehsal edəcək.

Qatarların maksimal sürəti 90 km/saat, mühərriklərinin gücü 170 kilovattdır. Baş vaqonun çəkisi 38, orta vaqonun isə 36 tondur. 38 oturacaqlı baş vaqonda 315, 44 oturacaqlı orta vaqonda isə 329 sərnişin mənzil başına rahat çatdırılır”.

B.Məmmədov onu da əlavə edib ki, qatarların vaqonlararası birbaşa keçid konstruksiyalı olması salonu 15 faiz genişləndirməklə daha çox sərnişin daşımağa imkan verir:

"Qapıların əvvəlki nəsil vaqonlardakından daha enli olması sərnişinlərin minib düşmə intensivliyinə də xüsusi təsir edir. Vaqonlarda ayaq üstdə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar da var.

İri yükləri olan, uşaq arabaları ilə hərəkət edən sərnişinlər üçün sahələr ayrılıb. Eyni zamanda, sərnişinlərin qatar boyunca bərabər paylanması sərnişinlərin rahatlığını və təhlükəsizliyini artırır”.

 



Oxşar xəbərlər