Lavrov özü də hələ sərhədlərin nə vaxt açılacağını bilmir

Lavrov özü də hələ sərhədlərin nə vaxt açılacağını bilmir

Rusiya Xarici İşlər naziri Sergey Lavrov yeni növ koronavirusla əlaqədar bağlanan sərhədlərin hələ nə vaxt açılacağını bilmir. Lavrov "RT" telekanalında yayımlanan "Epidemiya" layihəsində jurnalist Anton Krasovskinin müvafiq sualını "mən bilmirəm" deyə məlumatlandırıb.

"Biz artıq videokonfranslar periodundan çıxaraq adi həyata qayıtmağa başlayırıq. Artıq iki həmkarımla – İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif, daha sonra isə Venesuelanın Xarici İşlər naziri Xorxe Arreasla üzbəüz görüş keçirmişəm", - deyə Rusiya XİN rəhbəri qeyd edib.

Lavrov eyni zamanda qeyd edib ki, özü də son üç ayda ilk dəfə xaricdə səfərdə olub: "Serbiya və Belarusa olan səfərlərim hələ mart ayına planlaşdırılırdı".

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 10 milyonu keçib, 500 mindən çox adam isə virus səbəbilə ölüb.//sputnik


Oxşar xəbərlər