Sahibkarlar nə qədər güzəştli kredit götürə bilər? - Nazir açıqladı

Sahibkarlar nə qədər güzəştli kredit götürə bilər? - Nazir açıqladı

"İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlar üçün yeni platforma təqdim edilib”.

BizimBaki.org-un məlumatına görə, bunu mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, bu, Elektron Kredit Platformasıdır (e-edf.gov.az).

Platforma vasitəsilə sahibkarlar iki banka müraciət etmək imkanı əldə edəcəklər. 

Nazir qeyd edib ki, yeni platformada pandemiyadan zərər çəkən şəxslər üçün güzəştli kredit təklif edilir:

"Sahibkarlar üç milyon manat məbləğə qədər kredit götürə bilərlər. Kredit üzrə güzəşt 12 ay müəyyən olunub. Platforma sahibkarın müraciətini daha da asanlaşdıracaq”.


Oxşar xəbərlər