Quş ətinin çəkisini su vuraraq artıran müəssisə aşkarlandı - FOTO

Quş ətinin çəkisini su vuraraq artıran müəssisə aşkarlandı - FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən daxil olan məlumat əsasında Siyəzən şəhərində fəaliyyət göstərən quş kəsimi və qablaşdırma sexinə baxış keçirilib.

AQTA-nın Xaçmaz regional bölməsindən verilən məlumata görə, vətəndaş Əhmədov Nəsir Ramazan oğluna məxsus və "Quba çolpası” əmtəə nişanı ilə fəaliyyət göstərən obyektlərə baxış zamanı baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab vermədiyi müəyyən edilib.

Belə ki, qanunsuz emal sahəsində heç bir texniki-normativ tələblərə əməl edilmədən kustar üsulla toyuqların kəsildiyi, daha sonra anti-sanitar şəraitdə tükdən təmizləndiyi və uzun müddət su il doldurulmuş natəmiz vannalarda saatlarla saxlanıldığı aşkarlanıb. Həmçinin baxış zamanı sexdə kəsilən toyuqların çəkisinin su ilə artıldığı müəyyənləşdirilib.

Faktla bağlı ekspertizanın aparılması üçün müvafiq nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim olunub.

Hər iki obyekt barəsində müvafiq protokol tərtib olunub və fəaliyyətlərinin dayandırılması barəsində qərar qəbul olunub.


 

Oxşar xəbərlər