Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO

Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO

Azərbaycanda daha bir həkim COVID-19-un qurbanı olub.  

BizimBaki.org  xəbər verir ki, bu barədə onun tanışları məlumat verib.

Onların sözlərinə görə, 7 saylı Doğum evində və "German" hospitalda cərrah mama-ginekoloq kimi çalışmış Valiyə Peykər COVID-19-dan dünyasını dəyişib.

Qeyd edək ki, o, bir neçə gün əvvəl koronavirusa yoluxmuşdu. Bütün səylərə baxmayaraq Valiyə Peykərin həyatını xilas etmək mümkün olmayıb.

Bununla da Azərbaycanda koronavirusdan ölən həkimlərin sayı 25 nəfərə çatıb.


Oxşar xəbərlər