Bu şəhər və rayonlarda su kəsiləcək

Bu şəhər və rayonlarda su kəsiləcək

Şirvan və Hacıqabul şəhərlərinə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.

Bu barədə BizimBaki.org -a "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, məhdidiyyətlər Kür çayında bulanıqlığın artması ilə əlaqədar Kür sutəmizləyici qurğularında suyun emalının müvəqqəti dayandırılması ilə bağlıdır. 


Oxşar xəbərlər