Bu gün daha bir həkim koronavirusdan vəfat etdi - FOTO
Azərbaycanda daha bir həkim koronavirusdan dünyasını dəyişib.
BizimBaki.org xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, 5 saylı poliklinikanın həkimi Təranə Quliyeva COVID-19-a yoluxub.
Müdaxilələrə rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edilib ki, Təranə Quliyeva akademik Ələddin Quliyevin qızıdır.
Xatırladaq ki, bu gün həkim-ginekoloq Valiyə Peykərin də koronavirusdan dünyasını dəyişməsi ilə bağlı xəbər yayımlamışdıq.
Bununla da Azərbaycanda koronavirusdan ölən həkimlərin sayı 26 nəfərə çatıb.
Oxşar xəbərlər