Daha 42 Azərbaycan vətəndaşı Qazaxıstandan Vətənə yola salındı

Daha 42 Azərbaycan vətəndaşı Qazaxıstandan Vətənə yola salındı

COVID-19 pandemiyası dövründə xaricdəki Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi davam etdirilir. Azərbaycan hökuməti koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə müvəqqəti olaraq (xidməti və şəxsi səfərlərlə əlaqədar) Qazaxıstanda qalmış daha 42 vətəndaşı ölkəmizə təxliyyə edib.

Bu barədə Azərbaycanın Aktaudakı baş konsuluğundan məlumat verilib. Bildirilib ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin "Merkuri” bərə gəmisi ilə yola salınan vətəndaşların hamısı COVID-19 testindən keçiblər.

Ümumilikdə bu günə qədər baş konsulluq vasitəsilə Aktau limanından gəmi ilə 107 nəfər Vətənə göndərilib. Azərbaycana təxliyyə olunmağı gözləyən vətəndaşların baş konsulluqda qeydiyyatı davam etdirilir.  /Azərtac


Oxşar xəbərlər