Canni de Byazidən Azərbaycan dilində paylaşım - FOTO

Canni de Byazidən Azərbaycan dilində paylaşım - FOTO

Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Canni de Byazi "Facebook” hesabında Azərbaycan dilində paylaşım edib. 

"Salam, uşaqlar. Artıq Millətlər Liqasinin başlanmasına 34 gün qalır. Lakin hələ də tanış olmamışıq. Ona görə də sizinlə görüşü səbirsizliklə gözləyirəm. Çünki heyətlə bağlı qərarlar verməliyəm. Bu qərarlar isə sizdən asılıdı: sizin davranışınız, komandaya olan münasibətiniz, komanda üçün bütün çətinliklərə hazır olmağınız, həmçinin qürurla milli yığmanı böyük zirvələrə aparmaq hissi. Tezliklə görüşənədək”.

 

 


Oxşar xəbərlər