"Azərbaycan siyasi sistemindən adamlar özləri istefa verməlidir" - Siyavuş Novruzov

"Azərbaycanda elə partiyalar var ki, 1990-cı illərdən qeydiyyata alınıb. Halbuki nə partiya işləyir, nə bir tədbir keçirir, nə siyasi prosesdə iştirak edir. Siyasi sistem yenidən formalaşdırılmalıdır".
BizimBaki.org  xəbər verir ki, bu sözləri Modern.az-a müsahibəsində Milli Məclisin Regional məsələlər komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, yeni nəsil gəlməlidir:
"Bu gün-sabah mən də gedəcəm, yerimə yeni bir adam gəlməlidir. Siyasət dünyası da eyni şeydir. Artıq Azərbaycan siyasi sistemindən adamlar özləri istefa verməlidir. Yeni partiyaların qeydiyyata alınması müsbət haldır".


Oxşar xəbərlər