“Yuventus” Sarrini qovdu

“Yuventus” Sarrini qovdu

"Yuventus” baş məşqçisi Maurisio Sarrini istefaya göndərib.

BizimBaki.org  xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.

61 yaşlı mütəxəssisə kluba ölkə çempionluğunu qazandırdığı üçün təşəkkür edilib.

Qeyd edək ki, Sarri 2019-cu ilin yayından Turin təmsilçisini çalışdırırdı. Turin klubu A Seriyasının qalibi olsa da, UEFA Çempionlar Liqasının 1/8 finalında Lion "Olimpik”ini keçə bilmədi.

Bu səbəbdən italyan məşqçinin istefasına qərar verilib.


Oxşar xəbərlər