Zakir Quliyev həbs edilən Ceyhun Cəfərovla quda imiş - Biznes ortaqlığı
Bu
gün ölkə mətbuatında Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin xüsusi əməliyyatı
ilə saxlanılması barədə məlumat yayılıb. Hələlik məlumat rəsmi təsdiq
olunmayıb.
Bizimbaki.org-un
əldə etdiyi məlumata görə, həbs olunduğu deyilən icra başçısı Ceyhun Cəfərov
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir
Quliyevlə qudadır.
Məlumata
görə, qudaların böyük bizneş ortaqlığı mövcuddur. İmişli rayonunda böyük ərazini
əhatə edən daş karxanasına malik olan qudaların Bakıda və Sabirabadda da böyük
bineslərinin olduğu deyilir.
Qeyd
edək ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini
Zakir Quliyev əslən Sabirabad rayonundandır.
Oxşar xəbərlər