Çinli virusoloqdan dünyanı silkələyən açıqlama: "Virusu biz hazırladıq" - Video

Çinli virusoloqdan dünyanı silkələyən açıqlama:

Çindən ABŞ-a qaçan çinli virusoloq doktor Li Meng Yan Fox News ekranından dünyanı sarsıdan bir etiraf səsləndirib. O virusun insan əməyinin məhsulu olduğunu isbat edən hesabatını tezliklə təqdim edəcəyini qeyd edib.

Bizimyol.info Yeni Şafak-a istinadən xəbər verir ki, doktor Yan bildirib ki, o bu virusu araşdıran ilk elm adamlarındandır və pandemiya olacağını bütün dünyaya xəbər vermək üçün Çindən qaçıb. O bldirib ki, virusun heyvanlardan gəlmədiyi barədə təfərrüatlı bir hesabat hazırlayıb, bunu yaxın günlərdə təqdim edəcək. Doktor qoşulduğu canlı yayımda virusun Çin hərbi qüvvələri tərəfindən yaradıldığını bəyan edib.

Doktor Yan ötən aylarda eyni kanala verdiyi müsahibəsində "bu dünyanın bu günə qədər görmüş olduğu ən güclü pandemiyadır, insanlıq tarixində bildiyimiz hər şeydən daha ağır bir sınaqla üz- üzəyik. Zamanımız azdır, onsuz da gec qalmışıq”demişdi.

O qeyd edib ki, çinli doktor Ai Fenin həyatı bahasına susudurulması, zamanında bütün dünyanın bunun qarşısını almaması həyatı iflic etdi.Çinin virus barədə informasiyanı gizlətməsi 180 ölkədə 28 milyon insanın yoluxması ilə nəticələndi.




Oxşar xəbərlər