Xərçəngə yoluxduğunu eşidən Nisə Qasımova mahnı oxudu - VİDEO

Xərçəngə yoluxduğunu eşidən Nisə Qasımova mahnı oxudu - VİDEO

Xalq artisti Nisə Qasımovanın xərçəng xəstəliyinə tutulması haqda məlumat yayılıb.

BizimBaki.org  xəbər verirki, bu haqda "MediaPost” saytı yazıb. Məlumatda bildirilib ki, müğənni bir müddət öncə Milli Onkologiya Mərkəzində süd vəzisi xərçəngindən əməliyyat olunub. Sənətçi xəstəxanada qaldıqdan sonra evinə buraxılıb. Hazırda onun vəziyyəti stabildir.

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən Nisə Qasımova əməliyyat olunub olunmaması ilə bağlı konkret bir məlumat verməsə də, vəziyyətinin yaxşı olduğunu deyib. "Boş şeydir. Hər şey əladır. Səhhətim yaxşıdır. Mən elə insan deyiləm, belə şeylərlə bağlı danışmaq istəmirəm. Xoşlamıram. Allah bütün xəstələrə şəfa versin”, - deyə o bildirib. Hətta müğənni sonda mahnı da ifa edib.

 


 

Oxşar xəbərlər