Səttar Mehbalıyevin köç hazırlığı: Əli Həsənovun qudasının ailəsini ölkədən çıxardığı bildirilir

Səttar Mehbalıyevin köç hazırlığı: Əli Həsənovun qudasının ailəsini ölkədən çıxardığı bildirilir

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, parlamentin deputatı Səttar Möhbalıyevin ölkədən gedəcəyi iddia olunur.

BizimBaki.org -a daxil olan məlumata görə, daşıdığı vəzifələrdən başqa, həm də Prezidentin sabiq köməkçisi, Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi şöbəsinin keçmiş müavini Əli Həsənovun qudası olan Səttar Möhbalıyevin ailəsini ölkədən çıxardığı da bildirilir.

Əldə etdiyimiz informasiyaya əsasən, Möhbalıyev son həftə ərzində yaşadığı mənzil istisna olmaqla, bütün daşınmaz əmlakını və avtomobillərini satıb.

Bir neçə gün əvvəl isə Səttar Möhbalıyevin ailə üzvləri İstanbula, oradan da, Dubaya gedib. Ailə üzvlərindən ölkədə yalnız Səttar Möhbalıyev və Qaradağ rayon Polis İdarəsinin rəisi olan oğlu İsfəndiyar Mehbalıyev qalıb.


Oxşar xəbərlər