"Vəkillər Kollegiyasının Rəyasət Heyəti mənə qarşı repressiya həyata keçirir"

Vəkil Elçin Sadıqov artıq fərdi vəkil kimi fəaliyyət göstərə bilməyəcək. 
BizimBaki.org  xəbər verir ki, bu barədə bu barədə sosial şəbəkələrdə paylaşımlar edilib.
Bildirilib ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti E.Sadıqovun fərdi vəkil kimi fəaliyyətini dayandıraraq, onu 14 saylı vəkil bürosuna təyin edib.
E.Sadıqova həmçinin töhmət verilib.
Vəkil özü baş verənləri repressiya kimi qiymətləndirib: "Vəkillər Kollegiyasının Rəyasət Heyəti mənə qarşı repressiya həyata keçirir. Mənim fərdi fəaliyyətimi ləğv edərək, qeyri-iş günlərində həbs edilən siyasi məhbusların müdafiəsindən çəkindirmək üçün fərdi fəaliyyətimi dayandırır".


 

Oxşar xəbərlər