Müdafiə Nazirliyinə yeni mətbuat katibi TƏYİN OLUNDU - FOTO

Müdafiə Nazirliyinə yeni mətbuat katibi TƏYİN OLUNDU - FOTO

Azərbaycan Ordusu ilə kütləvi informasiya vasitələri (KİV) arasında işin çevik və daha səmərəli təşkil edilməsi məqsədilə Müdafiə Nazirliyinin Mətbuat Xidmətində struktur dəyişikliyi və kadr islahatları aparılıb. 

Müdafiə Nazirliyindən BizimBaki.org -a verilən məlumata görə, nazirinin əmri ilə Mətbuat Xidmətində mətbuat katibi vəzifəsi təsis edilib və bu vəzifəyə polkovnik-leytenant Eyvazov Anar Məhəmmədəli oğlu təyin olunub.

Mətbuat Xidmətinin fəaliyyətinə, o cümlədən, KİV nümayəndələri ilə işin aparılmasına polkovnik Vaqif Dərgahlı rəhbərlik edir.



Oxşar xəbərlər