Ölkəyə tapança keçirmək istədilər

Ölkəyə tapança keçirmək istədilər

Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında "Samur" gömrük postunun idxal nəzarət xəttinə daxil olan"MAN" markalı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Bu barədə BizimBaki.org -a Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, yoxlama zamanı avtomobilin kabininin müxtəlif yerlərində gömrük nəzarətindən gizlədilən, 2 ədəd "iPhone 11" markalı mobil telefon, gömrük orqanına bəyan edilməyən, qaz balonu ilə birlikdə üzərində "ПМ49 CAL 177 4,5 mm" yazısı olan 1 ədəd qaz tapançası, 45 ədəd yaddaş diski, üzərlərində "Borner" yazısı olan 7 ədəd qaz balonu, ədəd tapança darağı və üzərində "Borner Premium" yazısı olan plastik qabda 500 ədəd tapança kürəcikləri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Oxşar xəbərlər