Masazırda yaşayış binasında yanğın olub

Masazırda yaşayış binasında yanğın olub

Abşeron rayonunun Masazır qəsəbəsində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən BizimBaki.org -a verilən məlumata görə, beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 57 kvm olan mənzilin mətbəxində mebel 8 kvm sahədə qismən yanıb.
Yüksək temperaturdan mətbəxin plastikdən ibarət pəncərə çərçivəsi və lambirindən ibarət tavanı 8 kvm sahədə əriyib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Oxşar xəbərlər