İsmayıllının İvanovka qəsəbəsində yaşayan malakanlar ordumuza dəstək yürüşü təşkil edib - FOTO

İsmayıllının İvanovka qəsəbəsində yaşayan malakanlar ordumuza dəstək yürüşü təşkil edib - FOTO

İsmayıllı rayonunun İvanovka qəsəbəsində yaşayan malakanlar bir yerə toplaşaraq Qarabağın erməni işğalından azad olunması uğrunda cəbhədə döyüşən əsgərlərimizə dəstək nümayiş etdirib, daim onların yanında olduqlarını bildiriblər. 

APA-nın xəbərinə görə toplantı zamanı malakanlar əsgərlərlə birgə döyüşlərə qatılmaq istədiklərini deyiblər. 

 

Bildirilib ki, hazırda İvanovkadan bir neçə gənc könüllü olaraq Qarabağ uğrunda döyüşlərdə iştirak edir. Bu da qəsəbə sakinlərini daha da ruhlandırır. 

Toplantıda malakanlar Azәrbaycan Ordusu üçün dualar edib, Tanrıdan kömәk dilәyib, kəndin ağsaqqalları ayinlər oxuyublar. Vətәnpәrvәrlik nümayiş etdirən gənclәr isә İvanovkanın küçәlәrindә yürüş təşkil edәrәk orduya dəstək şüarları sәslәndiriblәr.

 



Oxşar xəbərlər