Bakıda evdən 10 min manata yaxın pul oğurlandı

Bakıda evdən 10 min manata yaxın pul oğurlandı Bakıda evdən külli miqdarda pul oğurlanıb.
DİN mətbuat xidmətindən BizimBaki.org-a verilən xəbərə görə, oktyabrın 14-də rayon ərazisindəki evlərin birindən 3000 manat və 4000 ABŞ dolları oğurlanıb.
Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Hacıqabul rayon sakini O.Mehdiyev saxlanılıb.

Oxşar xəbərlər