İran səfirliyi: “Günahsız insanlara hücum hərbi cinayət sayılır və dərhal dayandırılmalıdır”

İran səfirliyi: “Günahsız insanlara hücum hərbi cinayət sayılır və dərhal dayandırılmalıdır”

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi bu gün gecə saatlarında Gəncə şəhərində bir neçə mülki şəxsin öldüyü və yaralandığı raket hücumunu kəskin şəkildə pisləyir.

 

APA-nın məlumatına görə, səfirlik həlak olanların ailələrinə başsağlığı, yaralananlara şəfa diləyir və bir daha günahsız insanlara, şəhərlərə hücumun beynəlxalq normalara və hüquqa zidd olduğunu vurğulayır:

"Bu kimi əməllər hərbi cinayət sayılır və dərhal dayandırılmalıdır”.


Oxşar xəbərlər