Ucarda insanların sıx toplaşdığı ərazilər dezinfeksiya edilib - VİDEO

Ucarda insanların sıx toplaşdığı ərazilər dezinfeksiya edilib - VİDEO

Koronavirusun ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Bu məqsədlə həyata keçirilən növbəti dezinfeksiya işləri Ucar rayonunda aparılıb. Ucar Rayon Gigiyena və Epidemiologiya Şöbəsinin əməkdaşları insanların daha çox toplaşdığı ərazilərdə, parklarda, küçələrdə, eləcə də bazar ərazisində dezinfeksiya işləri görülüb.

 

Bazarda satıcı və alıcıların çox olduğu ərazilər, piştaxtalar, anbar, bazarın giriş-çıxış hissələri xüsusi məhlullarla dezinfeksiya edilib. Bazar rəsmisinin sözlərinə görə, gün ərzində satıcılarla profilaktik söhbətlər aparılır, tibbi maska və digər qoruyucu vasitələrdən istifadə etməyən satıcıların fəaliyyətinə məhdudiyyətlər qoyulur.

Qeyd edək ki, koronavirusun ölkədə yayılmasının qarşısını almaq məqsədilə ölkədə elan edilmiş karantin rejiminin müddəti 2 noyabr saat 06:00-a qədər uzadılıb.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:



Oxşar xəbərlər