Şəkidə avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb

Şəkidə avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb

Oktyabrın 26-da Şəki şəhərində üç avtomobildən oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat verib.

 

Bildirilib ki, Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobillərdən maqnitofon, pul, bank kartları və digər əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini V.Abdulxalıqlı və bir yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Oxşar xəbərlər