Müdafiə Nazirliyi: Ermənistanın yaydığı məlumat yalandır

Müdafiə Nazirliyi: Ermənistanın yaydığı məlumat yalandır Ermənistanın bu gün guya Azərbaycana məxsus PUA və raket-artilleriya vasitələrindən istifadə etməklə Ermənistan ərazisinin atəşə tutulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır.
Bu barədə BizimBaki.org-a Müdafiə Nazirliyindən bildirilib.
"Bildiririk ki, Azərbaycan yeni humanitar atəşkəs rejiminə tam riayət edir.
Əksinə, oktyabrın 27-də saat 09:30-dan başlayaraq indiyədək Ermənistan tərəfi Zəngilan rayonunun Ağbənd kəndi istiqamətində ərazilərimizi minaatanlardan intensiv atəşə tutur", - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Oxşar xəbərlər