Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi - FOTO
Cəlilabad rayonunda həkim koronavirusun qurbanı olub.
BizimBaki.org report-a istinadən xəbər verir ki, rayonun Adnalı kənd sakini, 50 yaşlı Müslim Abdıyev COVID-19 xəstəliyindən dünyasını dəyişib.
Qeyd edək ki, həkim bir müddətdir könüllü olaraq koronavirus xəstələrinin müalicəsinə cəlb olunmuşdu.
Mərhum Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında çalışırdı.
Oxşar xəbərlər