Mançester derbisini “şəhərlilər” qazanıb finala çıxdı

Mançester derbisini “şəhərlilər” qazanıb finala çıxdı

İngiltərə Liqa kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

İkinci oyun günündə Mançester derbisi baş tutub.

"Mançester Yunayted” finala vəsiqə uğrunda qarşılaşmada "Mançester Siti”ni qəbul edib.

 

Görüşün taleyini 2 qol həll edib. Qonaqlar qalib gələrək finala yüksəlib.

Beləliklə, bir gün əvvəl "Brentford”u 2:0 hesabı ilə məğlub edən "Tottenhem”in finaldakı rəqibi "şəhərlilər” olub.

İngiltərə Liqa kuboku
Yarımfinal
6 yanvar

"Mançester Yunayted” – "Mançester Siti” – 0:2
Qollar:
 Stounz, 50, Fernandinyo, 83


Oxşar xəbərlər