“Nə evimi soyanlar tapıldı, nə də maşınımı...“ - Əməkdar artist

“Nə evimi soyanlar tapıldı, nə də maşınımı...“ - Əməkdar artist

Əməkdar artist Elnur Kərimov bir evini və avtomobilini soyanların hələ də tapılmadığını deyib.

BizimBaki.org  xəbər verir ki, aktyor bu haqda "Xəbər-ətər" verilişində danışıb.

"Evimi də soydular, maşınımı da yardılar. Amma hələ də günahkarlar tapılmadı. Helə də məsələ qaldı. Bunlar mənə dərs oldu. Bir imtahan idi. Əsas odur üzüağ çıxasan. Bəzən arzuolunmaz hadisə yaşamalısan ki, arzuladığın həyata çatasan" deyə, Elnur sözlərinə əlavə edib.

Qeyd edək ki, 2018-ci ildə Elnurun evini soyub, bəzi əşyalarını götürmüşdülər. 2020-ci ildə isə onun avtomobilinin şüşələrini sındırıb, xeyli ziyan vurmuşdular.


Oxşar xəbərlər