Rusiya 44 günlük müharibədə Ermənistana silah verməsəydi... – Hərbi ekspert

Rusiya 44 günlük müharibədə Ermənistana silah verməsəydi... – Hərbi ekspert

"Ermənistan bizimlə Rusiyanın verdiyi silahlarla savaşdı". 

Bunu Qaynarinfo-ya açqlamasında hərbi ekspert Ədalət Verdiyev Moskvanın müharibə zamanı Yerevana 1 milyard dollarlıq silah verməsi ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. Ekspert hesab edir ki, əgər Rusiya Ermənistana silah verməsəydi, Azərbaycanla 44 günlük mübarizədə müqavimət göstərə bilməzdi:

"Ermənistanın özünün istehsalı 44 günlük müharibəyə imkan verməzdi. Silahların verilməsi faktdır. Dəqiq məbləği isə deməkdə çətinlik çəkirəm. Bu araşdırılmalıdır. Çünki məbləği dəqiq bilmək üçün göndərilən silahların tərkibinə dair əlimizdə konkret rəqəmlər olmalıdır. Hələ ki, dəqiq rəqəm yoxdur".

Ədalət Verdiyev verilən silah çeşidinin sayının kifayət qədər geniş olduğunu vurğulayıb.

Qeyd edək ki, erməni mətbuatında Moskvanın müharibə zamanı Yerevana 1 milyard dollarlıq silah verməsi ilə bağlı məlumatlar yayılıb. 


Oxşar xəbərlər