Tərxis olunanlarla bağlı komissiya fəaliyyətə başladı

Tərxis olunanlarla bağlı komissiya fəaliyyətə başladı

Müdafiə nazirinin müvafiq əmrinə əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə yaradılan komissiya yanvarın 11-dən fəaliyyətə başlayıb.

BizimBaki.org  xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb. 

Komissiya vətəndaşlar tərəfindən daxil olan müraciətlərin obyektiv və vaxtında araşdırması, həmçinin  həll olunması istiqamətində zəruri tədbirlər görəcək.


Oxşar xəbərlər