Müharibə Ermənistana nə qədər ziyan vurub? – Erməni iqtisadçı açıqladı

Müharibə Ermənistana nə qədər ziyan vurub? – Erməni iqtisadçı açıqladı Tanınmış erməni iqtisadçı Mesrop Manukyan İkinci Qarabağ Müharibəsinin Ermənistana vurduğu zərərdən danışıb.
BizimBaki.org  "Sputnik Armenia”ya istinadla xəbər erməni iqtisadçı Mesrop Manukyan İkinci Qarabağ Müharibəsinin ermənilərə vurduğu ümumi zərəri hesablayıb. O bildirib ki, müharibə zamanı ölən və itkin düşənlərin ümumi sayı 4500-dən çoxdur. Birinci qrup əlillərin sayı təxminən 5000, ikinci qrup əlillərin sayı 6000, fiziki cəhətdən sağlam olsa da cəmiyyətdə əlil durumuna düşmüş şəxslərin sayı isə 2000 nəfərdir. İqtisadçı vurğulayıb ki, Ermənistan Azərbaycanın azad etdiyi torpaqlara 150 milyon dollardan çox sərmaya qoymuşdu. Onun verdiyi ümumi zərər isə 500 milyon dollara bərabərdir. Döyüşlər zamanı  Ermənistanın müdafiə sisteminə dəyən ziyan isə təxminən 2 milyard dollardır. İqtisadçı dəyən bu və digər zərərləri hesablayaraq ölkələrinə 38,4 milyard dollardan çox zərər dəydiyini müəyyən edib.

Oxşar xəbərlər