Bakıda qadın və uşaq sığınacağına hücum olub - YENİLƏNİB

Bakıda qadın və uşaq sığınacağına hücum olub - YENİLƏNİB

Daxili İşlər Nazirliyi (DİN) Bakıda sığınacaqda baş verən hadisəyə münasibət bildirib.

BizimBaki.org  xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, sığınacaqdan daxil olan çağırış üzrə polis hadisə yerinə cəlb olunub: "Hazırda araşdırma aparılır. İlkin məlumata görə, hadisə ailə-məişət zəminində baş verib".

Xatırladaq ki, bu gün Bakıda qadın və uşaq sığınacağına hücuum olub. 3 nəfər şəxs sığınacağa hücum edərək oranın əməkdaşına ağır xəsarətlər yetirib. Məluata görə, sığınacağa hücum edənlər orada məskunlaşan bir qadının ailə üzvləridir.

***15:30
Bakıda qadın və uşaq sığınacağına hücum olub.

BizimBaki.org  xəbər verir ki, bu barədə "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.

O bildirib ki, sığınacağın əməkdaşları sığınacaqda qalan qadının qohumları tərəfindən zorakılığa məruz qalıb. Həmçinin, sığınacağın qadın əməkdaşına da xəsarət yetirilib:

"Qadının əri Primov Habil, qayınanası Primova Saniyyət, baldızı Xəyalə sığınacağa gələrək xanım əməkdaşlarımıza çox ciddi xəsarətlər yetiriblər. Daxili İşlər Nazirliyindən xahiş edirik ki, bu ailə haqqında tədbir görülsün. Artıq polisə məlumat verilib".


Oxşar xəbərlər