Vətən müharibəsindən qayıdanlarla bağlı komissiyaya daxil olan müraciətlər açıqlanıb

Vətən müharibəsindən qayıdanlarla bağlı komissiyaya daxil olan müraciətlər açıqlanıb

Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə yaradılmış komissiyaya əsasən hansı müraciətlərin daxil olduğu açıqlanıb.
BizimBaki.org  "report"a istinadla xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov məlumat verib.
O bildirib ki, sistemli şəkildə müraciətlər yoxdur: "Lakin daha çox müraciətlər medallarla, hərbi biletlərdə müvafiq qeydiyyatların aparılması ilə bağlıdır. Komissiyanın üzvləri də bununla bağlı qeydiyyatları aparırlar və lazımı köməkliklər də edirlər”.


Oxşar xəbərlər