"Araz Supermarket” CƏRİMƏLƏNDİ

Dövlət Gömrük Komitəsi "Araz Supermarket” MMC barədə inzibati protokol tərtib edib.

BizimBaki.org-un məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən tərtib edilən protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
 
İşə hakim Babək Pənahovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, sözügedən xətanın törədilməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.


Oxşar xəbərlər