Tələbələr Gürcüstan parlamentinin önündə aksiya keçirdi

Tələbələr Gürcüstan parlamentinin önündə aksiya keçirdi

Gürcüstanda bir qrup tələbə parlamentin önündə etiraz aksiyası keçirib.
BizimBaki.org Gürcüstan KİV-ə istinadən xəbər verir ki, tələbələr qanunverici orqanının binası önünə toplaşıblar. Tələbələr təhsil haqqına görə etiraz etmək qərarına gəliblər.
 
Koronavirus pandemiyası səbəbi ilə sosial-iqtisadi vəziyyətin pisləşidiyini deyən tələbələr təhsil haqqını ödəyə bilmədiklərini bildiriblər. Universitetlərin bu səbəbdən onların tələbə statusunu ləğv etdiyi qeyd olunub. Onlar təhsil haqqından azad edilmə ilə bağlı qərar qəbul edilməsini tələb ediblər. Polis aksiyaya müdaxilə etməyib.


Oxşar xəbərlər