
BizimBaki.org xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə foto yayılıb. Fotodan da göründüyü kimi, dükan səki üzərində tikilib, bu da piyadaların gediş-gəlişi üçün maneə yaradır.
Məsələ ilə bağlı Abşreon rayon İcra Hakimiyyətinin mətbuat katibi Seymur Qasımbəyli ilə əlaqə saxladıq. O, BizimBaki.org -a açıqlamasında sözügedən obyektin qanunsuz tikildiyini bildirdi:
"Ərazidə olan köşk müvafiq razılıq alınmadan, qeyri-qanuni şəkildə tikilib. Məsələ ilə bağlı İcra Hakimiyyəti tərəfindən sahibkara xəbərdarlıq edilib və şəhərin memarlığına uyğun gəlmədiyi üçün köşkün uzaqlaşdırılması üzrə işlər həyata keçirilir".
