“Meşədə altı-yeddi metr qalınlığında beton divarları olan düşmən istehkamları var idi” - MÜSAHİBƏ

“Meşədə altı-yeddi metr qalınlığında beton divarları olan düşmən istehkamları var idi” - MÜSAHİBƏ

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən qəhrəmanlar arasında 26 yaşlı Bakı sakini Rövşən Mehdiyev də olub.

O, Şuşa uğrunda gedən döyüşlər də daxil olmaqla bütün müharibəni keçib.

Rövşən döyüşlər zamanı qəlpə və güllə xəsarətləri almasına baxmayaraq, qısa müddətli müalicədən sonra yenidən cəbhə bölgəsinə yollanıb.

 

Bir müddət əvvəl müharibədən qayıdan Rövşən Mehdiyev xatirələrini Media.Az-la bölüşüb.

- Füzuli uğrunda gedən döyüşlər ən çətin döyüşlərdən biri hesab olunur...

- Bəli, bu doğrudur. Həqiqətən də meşədə altı-yeddi metr qalınlığında beton divarları olan böyük və yaxşı müdafiə olunan düşmən istehkamları var idi. Yerin altında isə hərbi rəhbərliyin olduğu, texnika və qida ilə uzunmüddətli təchiz edilmiş müdafiə bunkerləri vardı.

Oraya daxil ola bilmirdik. İki həftə vaxt, nəhayət bu bunkerləri içəridən partlatmaq lazım oldu. Bu, asan deyildi!

Məsələ orasındadır ki, bunkerin bir neçə qorunma səddi vardı. Birinci səviyyə tamamilə kompüterləşdirilmişdi. Yerdə şəffaf ip çəkilmişdi, onlara toxunanda ştativin üzərindəki pulemyotlar işə düşürdü. Bunlar avtomatik, müstəqil və ya uzaqdan idarə olunmaqla verilmiş tapşırıqları yerinə yetirməyə qadir olan cihazlardır. Onlar ən gözlənilməz yerlərdə yerləşdirilmişdi.

İkinci müdafiə səddi hündür ağaclarda gizlənən qadın snayperlər idi. İstehkam divarının arxasında artilleriya yerləşirdi.

- Qoşunlarımız bunkeri necə ala bildilər?

- Düşmənin fikrini yayındıran manevrdən istifadə edilirdi.

Bizim bölük hücumda olarkən xüsusi təyinatlılar və kəşfiyyat qrupları bunkerin belə demək olarsa, arxa çıxış qapısından oraya daxil oldu. Bir anda bunkerdən gələn partlayış və qışqırıq səslərini eşitdik. Artıq bu dəqiqələrdə düşmən atəşi dayandırmışdı. Bizimkilər orada olanları tam zərərsizləşdirəndən sonra biz irəli getdik. Qadın snayperlər vəziyyətin nəzarətdən çıxdığını hiss edən kimi geri çəkildilər.

- Bunker içəridən necə görünürdü?

Orada olan hərbi sursat və qidanın miqdarı təəcübləndirici idi. Beş il kifayət edərdi. Bunkerdə 25 nəfər var idi.

 



Oxşar xəbərlər