“İnter” “Yuventus”un üç oyunluq qələbə seriyasını iki qolla qırdı - VİDEO

“İnter” “Yuventus”un üç oyunluq qələbə seriyasını iki qolla qırdı - VİDEO

İtaliya A seriyasında XVIII turun mərkəzi oyunu Milanda keçirilib.

Çempionluğu hədəfləyən iki komanda – "İnter”lə "Yuventus” "Cüzeppe Meatsa”da üz-üzə gəlib.

Buna matça qədər "neradzurra”nın iki oyunluq məğlubiyyət, "qoca sinyora”nın isə üç matçlıq qalibiyyət seriyası var idi.

 

Görüşdə turinlilərə heç bir şans verməyən "İnter” son çempionla aradakı xal fərqini yeddiyə yüksəldib.

İtaliya A seriyası
XVIII tur
17 yanvar

"İnter” – "Yuventus” – 2:0
Qollar:
 Vidal, 12, Barella, 52



Oxşar xəbərlər