Məşhur aktrisa "EDHO"dan ayrıldı

Məşhur aktrisa

Türkiyənin ATV kanalında yayımlanan reytinqli "Eşkıya dünyaya hükümdar olmaz”da baş obraz Hızırın anası Hayriyə Çakırbəylini canlandıran aktrisa Sabina Toziya serialdan gedib.
BizimBaki.org xəbər verir ki, buna səbəb aktrisanın Makedoniyadan qayıdarkən anidən vəziyyətinin pisləşməsi və xəstəxanaya yerləşdirilməsidir.
Bildirilib ki, beynində şiş tapılan Toziya Makedoniyanın səhiyyə naziri Venko Filipce tərəfindən əməliyyat olunub. 
10 saat davam edən əməliyyatdan sonra 71 yaşlı aktrisanın sağ tərəfi iflic olub. Onun vəziyyətinin nə vaxt yaxşılaşacağı barədə dəqiq məlumat verilməyib. Buna görə də, serialın ssenarisində dəyişikliklər edilib. Belə ki, aktrisa üçün cənazə səhnəsi yazılaraq ekranlaşdırılıb.


Oxşar xəbərlər