Hirkan Milli Parkındakı yanğın günlər sonra söndürüldü - YENİLƏNİB

Hirkan Milli Parkındakı yanğın günlər sonra söndürüldü - YENİLƏNİB

Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğın söndürülüb.
Bu barədə 
BizimBaki.org -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 
İlkin məlumata görə, təxminən 100 ha ərazidə kol-kos, quru ağac, xəzəl yanıb. 
Qeyd edək ki, bir neçə gündür davam edən yanğının söndürülməsinə şəxsi heyətlə bərabər, helikopterlər və amfibiya təyyarəsi də cəlb edilmişdi. 

18 yanvar 18:12
Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğının söndürülməsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Bu barədə BizimBaki.org -a nazirlikdən məlumat verilib. Yanğının söndürülməsinə relyefin mürəkkəbliyi və hava şəraitinin əlverişsizliyi ciddi maneə yaradır. Yanğının daha geniş sahəyə yayılması və Milli Parkın ərazisinə, ümumiyyətlə, ekologiyaya daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə FHN-in qüvvələri tərəfindən zəruri tədbirlər davam etdirilir.
Bu gün yanğınsöndürmə əməliyyatına Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən 44 nəfər şəxsi heyət, iki texnika, Mülki Müdafiə Qoşunlarından 28 nəfər şəxsi heyət, iki texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 31 nəfər şəxsi heyət, iki texnika, Cənub Regional Mərkəzindən 18 nəfər şəxsi heyət, iki texnika, eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 nəfər əməkdaşı cəlb olunub.
Əməliyyata, həmçinin, Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin "BE-200ÇS” tipli amfibiya təyyarəsi də cəlb edilib.

 


Oxşar xəbərlər