Mingəçevirdə 20 Yanvar faciəsi qurbanlarının ehtiramla yad edildi - FOTO

Mingəçevirdə 20 Yanvar faciəsi qurbanlarının ehtiramla yad edildi - FOTO Mingəçevirdə 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi böyük ehtiramla yad edildi.
BizimBaki.org xəbər verir ki, Milli Məclisin deputatları Əli Hüseyinli, Aydın Mirzəzadə və Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq mühafizə orqanlarının əməkdaşları Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.
Onlar 20 Yanvar abidəsinin önünə əklil qoyub,ehtiramlarını bildiriblər. Daha sonra vətən uğrunda canlarından keçən şəhidlərin məzarını ziyarət edib, müqəddəs ruhları qarşısında baş əyərək məzarları önünə gül dəstələri qoyublar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.



Oxşar xəbərlər