Sabunçu rayon içra başı yoxsa MİS başı

Sabunçu rayon içra başı yoxsa MİS başı

Keçən ilin əvvəlindən bir neçə icra başçısının və nazir müavinin həbsinə şahid olsaq da, bu prosses ölkədə məmur özbaşınalığını dayandırmır. Bəlkə də ona görə ki, məmurların hətta həbsxanada belə adi insanlardan qat-qat yaxşı səviyyədə yaşayacaqlarına inandıqları üçün məmurlar öz özbaşınalıqlarını davam etdirirlər.
Bu gün əhaliyə zülm edən, ədalətsizliyi ərşə dirəyən məmurlar təkcə həbs olunan icra başçıları deyil. Minlərlə məmur məhz öz "çörək pulunu” yəni milyonlarını, ya da milyardlarını bu yolla qazanırlar. Məhz zülmü və ədalətsizliyi ərşə dayayaraq...
Əhaliyə zülm edən məmurlar arasında isə Sabunçu rayon icra başçısı Adil Vəliyev ad çıxarıb.
BizimBaki.org saytının redaksiyasına daxil olmuş şikayətdə bildirilir ki, şəxsi yük maşını ilə bir parça çörək qazanan Azərbaycan Respublikasının vətəndaşı
Əliyev Elxan Nuşrəvan oğlu Sabunçu rayon icra başçısının göstərişi ilə Sabunçu rayon Mənzil İstismar Sahəsinin rəisi tərəfindən kobud desək qarət olunub.
Beləki , vətəndaş Elxan Əliyevin sürdüyü Kamaz markalı maşın MİS rəisi tərəfindən səbəbsiz olaraq saxlanılıb. Vətəndaş maşının saxlanmasına etiraz etdikdə isə aldığı cavabdan şoka düşüb. MİS rəisi bu qanunsuz əməli rayonun icra başçısı Adil Əliyevin göstərişi ilə həyata keçirdiyini deyərək icra başçısını satıb.
Şikayətçi həmçinin bildirib ki, əgər maşını götürmək istəyirsə onda başçının MİS rəisinə qarşı qoyduğu qeyri qanuni taksa ödənilməlidir. Anlaşılan odur ki, cənab prezident İlham Əliyevin apardığı islahatlar və həbslər Adil Vəliyev kimi nəhəng başçılara aid deyil.
Bizdə redaksiya olaraq vətəndaşın probleminin həlli yolunun tapılması üçün bu məsələni Baş Prokuror Kamran Əliyevin diqqətinə çatdırırıq. Ümüd edirik ki, Adil Vəliyev kimi iri ranqlı başçılar həbslərdən yayınmayacaq.Sabunçu rayon içra başı yoxsa MİS başıSabunçu rayon içra başı yoxsa MİS başı


Oxşar xəbərlər