"Çəkiliş zamanı panik atak keçirmişəm" - Tanınmış aktrisa

Amerikalı məşhur aktrisa və model  Dakota Conson maraqlı açıqlaması ilə diqqət çəkib.
BizimBaki.org xəbər verir ki,  o, qonaq olduğu verilişlərin birində Dakota "The friend” filminin çəkiliş meydanında panik atak  keçirdiyini etiraf edib:
"Teatrda mahnı ifa edəcəkdim. Həmin an məni qorxu və stress bürüdü. Panik atak keçirdiyimi anladım. Böyük kütlənin qarşısında mahnı ifa etmək mənim üçün gözlənilməz və çox həyəcanverici idi. Həmin vaxt kamera arxa tərəfdən çəkiliş edirdi. Həyəcandan çevrilib aktyor heyətinə baxa bilmirdim”.

 

Oxşar xəbərlər