AMEA-da yeni təyinatlar - ADLAR

AMEA-da yeni təyinatlar - ADLAR AMEA-da yeni təyinatlar olub.
AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında Radiasiya Problemləri İnstitutunun Elmi işlər üzrə direktor müavini Hökmən Mahmudov, Baş mühasib Şəfa Qasımzadə, Kadrlar İdarəsinin rəisi Lətifə Qocayeva vəzifələrindən azad olunublar.
Bundan başqa Arif Həşimov Fizika İnstitutunun baş direktoru, fizika üzrə elmlər doktoru Anar Rüstəmov institutun icraçı direktoru, akademik Əli Abbasov İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, AMEA müxbir üzvü Əminağa Sadıqov isə icraçı direktor təyin edilib.
AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Oqtay Səmədov vəzifəsindən azad edilib.
İnstitutunun idarəçiliyi müvəqqəti olaraq AMEA-nın Akademik katibi Adil Qəribova tapşırılıb.

Oxşar xəbərlər