Azərbaycanda tanınmış iş adamı koronavirusdan vəfat etdi - FOTO

Azərbaycanda tanınmış iş adamı koronavirusdan vəfat etdi - FOTO

Tanınmış iş adamı, "Taimex” şirkətinin və "Ağsu” araq zavodunun sahibi Tahir Yusifov koronavirusdan vəfat edib. 

BizimBaki.org  xəbər verir ki, bu barədə "qafqazinfo”ya mərhumun yaxınları məlumat veriblər. Onun bu gün gecə saatlarında dünyasını dəyişdiyi bildirilir.

İş adamı bir neçə gündür Mərkəzi Gömrük Hospitalında müalicə alsa da, həyatını xilas etmək mümkün olmayıb. 

Xatırladaq ki, T. Yusifov əslən Tovuz rayonundandır.


Oxşar xəbərlər